AZ

Çin insan beyninə implant yerləşdirdi: Artıq düşüncə ilə videooyun oynayır

Qaynarinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Çin ABŞ-dan sonra beynə neyroimplant yerləşdirməklə bağlı uğurlu klinik sınaq keçirən ikinci ölkə olub. 

Qaynarinfo xəbər verir ki, ilk implant mart ayında yerləşdirilib və pasiyent artıq yalnız düşüncə gücü ilə şahmat və videooyunlar oynaya bilir.

"Bloomberg" agentliyinin məlumatına görə, ilk könüllü iştirakçı – bədəninin bütün ətrafları iflic olmuş bir Çin vətəndaşı – mart ayında BCI (beyin-kompüter interfeysi) texnologiyası əsasında hazırlanmış simsiz neyroimplantla təchiz olunub. Cəmi bir neçə həftə sonra həmin şəxs yalnız düşüncə vasitəsilə şahmat və digər videooyunları oynaya bilib.

Çinli tədqiqatçılar tərəfindən hazırlanmış implant bu günə qədər yaradılmış ən kompakt neyroçiplərdən biri hesab olunur. Onun diametri 26 mm, qalınlığı isə cəmi 6 mm-dir. Üstəlik, Çin alimlərinin sözlərinə görə, bu neyroçip "Neuralink" çipindən 100 dəfəyə qədər daha elastikdir.

Alimlər növbəti mərhələdə pasiyenti robotik qolla idarəetməyə öyrətmək istəyirlər. Məqsəd, məsələn, stəkanı tutmaq və saxlamaq kimi sadə hərəkətləri düşüncə ilə yerinə yetirməkdir.

Gözləntilərə görə, Çin tərəfindən hazırlanmış BCI sistemi 2028-ci ilədək tənzimləyici təsdiq alaraq kommersiya bazarına çıxarıla bilər.

"Neuralink" şirkətinin rəhbəri İlon Mask daha əvvəl bu texnologiyanı üç pasiyent üzərində tətbiq edib. Onların bəziləri artıq musiqi və televizoru düşüncə ilə idarə edir, oyun oynayır və gündəlik funksiyaları yerinə yetirə bilir. Bu bacarıqlar getdikcə daha sürətli və effektiv şəkildə inkişaf edir.

Qeyd edək ki, "Valve" şirkətinin rəhbəri Qeyb Nyuvell də 2025-ci ildə neyroçip sahəsində öz prototipini təqdim etməyi planlaşdırır. Bu çiplər "Neuralink"dən fərqli olaraq daha sadə şəkildə implantasiya ediləcək və beynin bir neçə hissəsinə eyni anda qoşulacaq.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
qaynarinfo.az

1Mənbələr