AZ

Qərb ABŞ-ın dürüstlüyünə şübhə ilə yanaşır

Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizen X sosial şəbəkəsində deyib ki, ABŞ İsrailin İrana hücum etməsinə icazə verməklə danışıqlardakı dürüstlüyünə şübhə etməyə əsas verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Lenta.ru məlumat yayıb.

“ABŞ İsrailin qəfil hücuma keçə bilməsi üçün danışıqlar aparırmış kimi davranaraq İranın mühafizəsini aşağı salıb. Kim ABŞ danışıqlarına yenidən etibar edəcək?” professor dedi.

Daha əvvəl CNN ABŞ prezidenti Donald Tramp administrasiyasındakı mənbələrə istinadən xəbər vermişdi ki, Amerika lideri İsraili İranla münaqişəyə cəlb etmək fikrinə şübhə ilə yanaşır və birbaşa müdaxilədən yayınmaq istəyir.

İyunun 13-nə keçən gecə İsrail İrana genişmiqyaslı hücuma keçərək , paytaxt da daxil olmaqla bir sıra şəhərləri vurub.

Seçilən
25
nocomment.az

1Mənbələr