AZ

İsrail İranın raket buraxılış qurğularının üçdə birini məhv edib

İsrail ordusu bəyan edib ki, İrana qarşı həyata keçirilən hücumlar çərçivəsində bu ölkəyə məxsus yer-yer tipli raket buraxılış qurğularının üçdə biri məhv edilib.

Bakupost.az TASS-a istinadla xəbər verir ki, İsrail ordusu əməliyyatın başlanğıcından etibarən İran rejiminin ümumi raket buraxılış qurğularının üçdə birini təşkil edən 120-dən çox qurğunun məhv edildiyini açıqlayıb.
Əlavə edilib ki, ötən gecə İsrail Hərbi Hava Qüvvələri İranın 20 ballistik raketini İsrailin əsas hədəflərinə atılmasına bir neçə dəqiqə qalmış məhv etməyə müvəffəq olub.
Həmin gecə reydlərdə təxminən 50 İsrail döyüş təyyarəsi və digər hava vasitələri iştirak edib və bu reydlər çərçivəsində raket buraxılış qurğularının məhv edilməsi də əsas vəzifələrdən biri olub. Buraxıcı qurğularla yanaşı, İsrail ərazisinə yeni hücumlar planlaşdırmaq üçün istifadə olunan raket anbarları və komanda mərkəzləri də hədəfə alınıb.

Aysel

Seçilən
4
azia.az

1Mənbələr