AZ

Rusiya: 6060 əsgərin cəsədini Ukraynaya çatdırdıq

İstanbulda birbaşa danışıqlarda Rusiya nümayəndə heyətinə başçılıq edən Vladimir Medinski İstanbulda əldə olunan razılaşmalar çərçivəsində ümumilikdə 6060 əsgərin cənazəsini Ukraynaya təhvil verdiklərini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Medinski iyunun 2-də İstanbulda Türkiyənin ev sahibliyi etdiyi Rusiya və Ukrayna arasında aparılan danışıqlarla bağlı Telegram kanalında açıqlamalar verib.

Danışıqlarda əldə olunan razılaşmaların bəzilərini yerinə yetirdiklərini vurğulayan Medinski: "Rusiya İstanbulda verdiyi sözü yerinə yetirdi. Ümumilikdə 6060 əsgərin cənazəsi Ukrayna tərəfinə təhvil verildi. O tərəfdən (Ukrayna) 78 cəsəd götürüldü. Əsir dəyişdirmə prosesi davam edir. Cəbhədə ciddi yaralıların çatdırılması təmin edildi".

Aytən Yaşar/ Turkustan.az

Seçilən
5
turkustan.az

1Mənbələr