AZ

"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi nə vaxt bəlli olacaq?

UEFA Çempionlar Liqasına II təsnifat mərhələsindən başlayacaq "Qarabağ"In 2025/26 mövsümündəki ilk rəqibi 18 iyunda müəyyənləşəcək.
 
Moderator.az xəbər verir ki, həmin gün İsveçrənin Nyon şəhərində saat 14:00-da püşkatma keçiriləcək.
 
Bir gün əvvəl isə I təsnifat mərhələsinin cütləri bəlli olacaq.
 
Püşkatma mərasimi "CBC Sport"da canlı yayımlanacaq.
 
Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları 8-9 və 15-16 iyulda, II təsnifat mərhələsi 22-23 və 29-30 iyulda, III təsnifat mərhələsi 5-6 və 12 avqust, pley-off oyunları isə 19-20 və 26-27 avqust tarixlərində keçiriləcək.
Seçilən
24
3
moderator.az

4Mənbələr