AZ

Azərbaycanın buğda idxalında Qazaxıstanın payı rekord həddə çatıb

Azərbaycanın buğda idxalında Qazaxıstanın payı rekord həddə çataraq 88 % təşkil edib.

“Report” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bunu bu ölkənin Azərbaycandakı səfiri Alim Bayel kənd təsərrüfatı sektorunun nümayəndələri ilə görüşdə bildirib.

Onun sözlərinə görə, bu ilin yanvar-may aylarında Qazaxıstan Azərbaycana 450 min ton taxıl ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 86 % çoxdur: "Bu həcmdə taxılın dəyəri 95 milyon ABŞ dolları olub".

O qeyd edib ki, Azərbaycanın buğda idxalında Qazaxıstanın payının artması iki ölkənin müvafiq strukturlarının əlaqələndirilmiş işi sayəsində mümkün olub. Bununla yanaşı, ötən il Qazaxıstanın Bakıdakı səfirliyində kənd təsərrüfatı forumu təşkil olunub.

Səfir fermerləri və iş adamlarını əldə olunan uğurları möhkəmləndirməyə, kənd təsərrüfatı ticarəti sahəsində uzunmüddətli əməkdaşlığa çağırıb.

Görüşdə işgüzar dairələrin nümayəndələri ikitərəfli əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikirlər bildiriblər. Tədbir çərçivəsində iki ölkənin şirkətləri arasında B2B görüşləri keçirilib.

Seçilən
12
6
aznews.az

7Mənbələr