AZ

Dünya çempionatı: Cüdoçumuz dörddəbir finalda

Azərbaycan cüdoçusu Zelim Tçkayev Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında 1/8 final görüşünə çıxıb.

Bizim.Media xəbər verir ki, 81 kq çəki dərəcəsində rəqib braziliyalı Luan Almeyda olub.

Rəqibinə qalib gələn Tçkayev növbəti mərhələyə yüksəlib.

1/4 finalda rəqib cənubi koreyalı Junhvan Li olacaq.

Qeyd edək ki, Zelim Tçkayev 1/16 finalda çinli Jianqnan Vanqa qalib gəlib.

Bizim.Media

Seçilən
21
2
bizim.media

6Mənbələr