AZ

Türkiyə millisinin üzvü İtaliyada klubunu dəyişdi

"Frozinone"nin yarımmüdafiəçisi İsak Vural İtaliyada klubunu dəyişib.

Sportal.az xəbər verir ki, "Pisa" türkiyəli futbolçunu heyətinə qatıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

A Seriyasına yüksələn klub İsak üçün 4 milyon avro təzminat ödəyəcək. 19 yaşlı yarımmüdafiəçi "Piza" ilə 4 illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Frozinone" İsak Vuralı 2024-cü ilin fevral ayında İsveçin "Hammarbü" klubundan transfer etmişdi. Türkiyə U-21 millisinin üzvü ötən mövsüm B Seriiyası təmsilçisinin heyətində meydana çıxdığı 24 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Seçilən
10
1
sportal.az

2Mənbələr