AZ

Dünyanın atom gücləri: İsrailin neçə nüvə başlığı var?

ain.az bildirir, Yenisabah saytına əsaslanaraq.

İsrail ordusunun hazırda arsenalında 90 nüvə başlığı var.

Yenisabah.az xəbər verir ki, bu say Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında əks olunub.

Onların döyüş başlıqlarının daşıyıcılarda yerləşdirilmədiyi, anbarda olduğu qeyd edilir. İsrailin nüvə silahının əsas daşıyıcısı aviasiyadır.

SIPRİ-nin məlumatına görə, 2025-ci ilin yanvar ayına olan məlumata görə, dünyada 9614 nüvə silahı (utilizasiya edilməli olanlar istisna olmaqla), 3912 döyüş başlığı raket və bombardmançı təyyarələrdə yerləşdirilib, qalanları isə anbarlardadır. Eyni zamanda, döyüş növbətçiliyində olan raketlərə təxminən 2100 nüvə başlığı quraşdırılıb.

Bütün nüvə silahlarının təxminən 90%-i ABŞ və Rusiyanın arsenalındadır. ABŞ-də 1770 yerləşdirilmiş döyüş başlığı (1930-u anbardadır), Rusiyanın 1718 yerləşdirilmiş döyüş başlığı (2591-i anbarda) var.

Bu arada Çinin nüvə arsenalı 600 döyüş başlığından ibarətdir. Fransada 290, Böyük Britaniyada 225, Hindistanda 180, Pakistanda 170 və Şimali Koreyada 50 nüvə başlığı var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
yenisabah.az

2Mənbələr