AZ

Premyer Liqa klubları bu qərara sevinəcək - SON DƏQİQƏ

Nəhayət, Yevlax şəhər stadionu ilə bağlı narahatlıq xoş sonluqla başa çatıb.

Belə ki, həftələr əvvəldən "Karvan" klubu meydançanın təbii ot örtüyünü süni örtüklə əvəzləyəcəyini elan etmişdi.

Əldə etdiyimiz məlumata görə, bölgə təmsilçisinin planında dəyişiklik baş verib.

Belə ki, meydança təmirdən sonra da hazırda olduğu kimi təbii örtük olacaq.

Uzun müzakirələrin ardından rəhbərlik süni örtük qərarından imtinaedib.

16 ildən sonra elitaya qayıdan klub yaxın günlərdə işlərə start verəcək.

Təbii ki, "Karvan" rəhbərliyinin qərarını dəyişməsinə ən çox digər klublar sevinəcək.

Axı süni meydanda oynamaqda heç bir məşqçi və futbolçu maraqlı deyil...

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
8
sportinfo.az

1Mənbələr