AZ

İndoneziya prezidenti Putinlə iyunun 19-da görüşəcək

İndoneziya prezidenti Prabowo Subianto iyunun 19-da Rusiyaya səfəri zamanı Rusiya lideri Vladimir Putinlə görüşməyi planlaşdırır.

NOCOMMENT.az xəbər verir ki, bunu Asiya ölkəsinin Nazirlər Kabinetinin katibi Teddi İndra Vidjaya bildirib.

“[Rusiya Federasiyasının prezidenti Vladimir] Putin [İndoneziyanın] Prezidenti Prabowo [Subiantonu] Rusiyada qəbul edəcək və 2025-ci il iyunun 19-da onunla ikitərəfli görüş keçirəcək”, – İndoneziyanın Tempo portalı onun sözlərindən sitat gətirir .

Katibin sözlərinə görə, respublika rəhbərinin Rusiya Federasiyasına səfəri İndoneziya və Rusiya arasında hərtərəfli əməkdaşlığın və tərəfdaşlığın möhkəmləndirilməsinə yönəldiyi üçün böyük strateji əhəmiyyət kəsb edir. “Bu, İndoneziyanın dünya miqyasında getdikcə daha çox tanındığını göstərir, xüsusən də artan qlobal çağırışlar fonunda”, o əlavə edib.

Mayın 19-da İndoneziyanın mədəniyyət naziri Fadli Zon TASS-a təsdiqləyib ki, Prabovo Subianto iyunun 18-dən 21-dək keçiriləcək Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak etmək üçün Rusiyaya gələcək.

Seçilən
21
nocomment.az

1Mənbələr