AZ

Rusiya: Biz İsrail və İran arasında vasitəçilik etməyə hazırıq

"Rusiya bu böhranın əsas səbəblərini aradan qaldırmaq üçün əlindən gələni etməyə hazırdır". 

Sitat.info xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov İsrail və İran arasında vasitəçilik etməyə hazır olduqlarını deyib. 

“Biz regionda təhlükəli gərginliyə səbəb olan hərəkətləri pisləyirik. Bölgədə təhlükəli gərginliyə səbəb olan hərəkətləri qınayırıq. İran cəmiyyətinin İsrailin hücumları qarşısında birləşdiyini görürük" dedi.

Peskov Rusiya prezidenti Vladimir Putinin İran prezidenti Məsud Pezeşkian, İsrailin baş naziri Binyamin Netanyahu və ABŞ prezidenti Donald Trampla mövzu ilə bağlı ayrı-ayrı telefon danışığı apardığına diqqət çəkib və bunları qeyd edib:

"Rusiya lazım olanda vasitəçilik dəstəyi verməyə hazırdır. Putinin Trampla görüşdə etdiyi təklif masadadır. Bu təklif aktualdır. Bu kontekstdə Rusiya hazır və istəklidir. Bütün bunlar lazım gəldikdə həyata keçirilə bilər. Rusiya bu böhranın köklü səbəblərini aradan qaldırmaq üçün əlindən gələni etməyə hazırdır".

Nigar,

Sitat.info

 

Seçilən
6
sitat.info

1Mənbələr