Azərbaycan qılıncoynadanları Genuyada (İtaliya) keçirilən Avropa çempionatında mübarizəni dayandırıblar.
İdman.biz xəbər verir ki, Ruslan Həsənov şpaqa yarışının qrup mərhələsində 4 qələbə qazanıb.
O, pley-offun ilk mərhələsini keçsə də, sonra uduzub.
Qılıncla mübarizədə Səbinə Kərimova qrupda üç döyüşdə qalib gəlib, lakin pley-off mərhələsinin ilk döyüşündə məğlub olub.
Polina Kaspiaroviçlə Zərifə Hüseynova isə yarımqrupdan çıxa bilməyiblər.
İdman.biz