AZ

Vladimir Zelenski Avstriyaya rəsmi səfər edib

Ukrayna Prezidenti Vladimir Zelenski Avstriyanın paytaxtı Vyanaya səfər edib və ölkə Prezidenti Aleksandr Van der Bellen ilə görüş keçirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna nəşri Strana.ua məlumat yayıb.

Bu, Zelenskinin Rusiyanın Ukraynada “xüsusi hərbi əməliyyata” başlamasından sonra Avstriyaya ilk rəsmi səfəridir.

Jurnalistlərin məlumatına görə, Zelenskinin gəlişi fonunda Vyana şəhərinin mərkəzində yollar müvəqqəti olaraq bağlanıb və təhlükəsizlik tədbirləri gücləndirilib.

Qeyd edək ki, Ukrayna Prezidentinin Avstriyaya səfər edəcəyi və ölkə rəhbərliyi ilə görüşlər keçirəcəyi barədə ilk məlumatlar iyunun 6-da yayılmışdı.

Seçilən
10
nocomment.az

1Mənbələr