ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
“ABŞ Prezidenti Donald Trampın İsrailin İranın ali rəhbəri Əli Xameneyini öldürmək planına veto qoyması inandırıcı deyil”.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
“Trampın hansı açıqlaması və ya vədi doğru çıxıb ki, bu xəbər də təsdiq olunsun. Tramp dünən söylədiyinin bu gün tam əksini söyləyir. Bir də ki, Donald Tramp Əli Xameneyini niyə qorumalıdır ki?
Bu arada, Rusiya mediasında Əli Xameneyinin aparat rəhbərinin müavininin Rusiya rəsmiləri ilə danışıqlar apardığı barədə başqa bir xəbər yayılıb. Danışıqlarda İranda vəziyyətin kəskinləşəcəyi halda ali dini liderin Rusiyada sığınacaq alması müzakirə olunub.
Rusiyanın Əli Xameneyə sığınacaq verməyə hazır olduğu bildirilib. Bunda qeyri-adi heç nə yoxdur, Əli Xamaneyinin keçmiş müttəfiqi Bəşər Əsəd də Rusiyada sığınacaq alıb”, - o qeyd edib.
“Cebheinfo.az”
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.