AZ

Rusiya İstanbulda verdiyi sözü tutdu – Onları Ukraynaya təhvil verdi

Rusiya 6 min 60 ukraynalı hərbçinin cəsədini Ukraynaya təhvil verib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski “Telegram” kanalında bildirib.

“Rusiya İstanbulda verdiyi bütün vədləri yerinə yetirdi. 6 min 60 ukraynalı zabit və əsgərin cəsədi artıq Ukraynaya təhvil verilib”, - o yazıb.

Medinski eyni zamanda Ukraynadan 78 rus hərbçisinin cəsədinin də geri alındığını, əsir mübadiləsinin isə davam etdiyini bildirib.

Seçilən
21
publika.az

1Mənbələr