AZ

Aİ Macarıstan və Slovakiyanın vetosundan yan keçməyin yolunu tapıb

Avropa Komissiyası (AK) Rusiya qazının tədarükünə tam qadağa qoyulmasına nail olmaq və Macarıstan və Slovakiyanın Rusiyaya qarşı bu cür məhdudiyyətlərə veto qoymasından yan keçmək üçün ticarət qanununun müddəalarından istifadə etmək istəyir. Bu barədə “The Financial Times” (FT) təkliflər layihəsinə istinadən məlumat yayıb.

"Avropa Komissiyası Aİ-yə ticarət qanunlarına əsaslanaraq Rusiya ilə bütün yeni qaz müqavilələrini qadağan etməyi təklif etmək niyyətindədir", - nəşr yazır.

Beləliklə, AK Aİ-nin ticarət qanunundan istifadə edəcək və bütün Aİ-yə üzv dövlətlərin təsdiqini tələb edən Rusiya qazına qarşı sanksiyalardan qaça biləcək. Nəşr aydınlaşdırıb ki, Avropa ticarət qanunu qərarların səs çoxluğu ilə qəbul edilməsinə icazə verir.

Bundan əvvəl "Bloomberg" xəbər vermişdi ki, Avropa rəsmiləri və biznes nümayəndələri sıfır kvota yaratmaqla mövcud müqavilələr çərçivəsində Rusiyadan boru kəməri qazı və mayeləşdirilmiş təbii qazın (LNG) nəqlinə qadağa qoyulması variantını nəzərdən keçirirlər. Agentlik qeyd edib ki, bu, Aİ şirkətlərinə Rusiya tədarükçüləri ilə müqavilələri cərimə ödəmədən ləğv etmək üçün fors-major səbəb göstərməyə imkan verəcək.

S.ELAY

XQ

Seçilən
8
1
xalqqazeti.az

2Mənbələr