AZ

Macarıstan və Slovakiya Rusiyadan enerji idxalının tam qadağan olunmasına veto qoyub

Macarıstan və Slovakiya Avropa Komissiyasının Rusiyadan enerji daşıyıcılarının tamamilə imtinasını nəzərdə tutan planına veto qoyublar.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.

Nazir qeyd edib ki, Avropa Komissiyası bu plana qarşı çıxışlara baxmayaraq onu həyata keçirmək niyyətindədir. Onun sözlərinə görə, Brüssel bu məsələdə “tamamilə Kiyevin iradəsinə tabe olub”.

> “Bu, uzun və çətin mübarizə olacaq, çünki konkret qanun layihəsi ilə bağlı uzunmüddətli müzakirələr gözlənilir. Bu məsələ bir neçə Şura iclasında, həmçinin baş nazirlər səviyyəsində də müzakirə olunacaq. Biz baş nazirlərlə birlikdə bu təklifə qarşı sonadək mübarizə aparmağa hazırıq,” – deyə Peter Siyarto bildirib.

Seçilən
7
nocomment.az

1Mənbələr