AZ

KİV: İsrailin hücumları region ölkələrini narahat edir

BAKI, 16 iyun. TELEQRAF

İrana qonşu olan ölkələr İsrailin son hərbi əməliyyatlarından ciddi narahatlıq keçirir və bu qarşıdurmaya cəlb olunmaq istəmirlər.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi yüksək vəzifəli rəsmilərə istinadla məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, regiondakı neft obyektləri və infrastruktur obyektləri İranın mümkün hücumları üçün hədəfə çevrilə bilər. Lakin Tehran son iki ildə qonşularla münasibətləri bərpa etmək üçün göstərdiyi səyləri nəzərə alaraq, bu əlaqələri pozmaq istəmir.

Eyni zamanda, bəzi region ölkələrinin özəl görüşlərdə İranın nüvə proqramını zəiflətməyə yönəlmiş səyləri alqışladıqları da qeyd olunub.

Mənbələrdən biri bildirib ki, İranın cavab zərbələrinin İsraildən başqa ölkələri əhatə edəcəyi ehtimalı azdır. O, həmçinin xatırladıb ki, İsrailin və ABŞ-nin keçmişdə İrana qarşı həyata keçirdiyi hücumlar, o cümlədən 2020-ci ildə iranlı generalın qətli kimi hadisələrə Tehran ehtiyatla və ölçülüb-biçilmiş şəkildə cavab verib, bu da genişmiqyaslı müharibənin qarşısını alıb.

“Bloomberg”in digər mənbəsi isə bildirib ki, İsrailin mümkün zərbələri yalnız İranı deyil, regionun digər ölkələrini də fəlakətli nəticələrlə üz-üzə qoya bilər. Xüsusilə nüvə obyektlərinə endirilən zərbələr nəticəsində radioaktiv sızıntı riski qeyd olunur.

Seçilən
17
teleqraf.com

1Mənbələr