AZ

Pakistan İranla sərhədi bağlayır

Pakistan Yaxın Şərqdə vəziyyətin pisləşməsi səbəbindən İranla sərhədini qeyri-müəyyən müddətə bağlayır.

Operativ Media xəbər verir ki, bu barədə xarici  KİV məlumat yayıb.

Məlumatda bildirilib: “İranla sərhədin bağlanması qərarı İsrailin hücumları ilə bağlı qeyri-sabit vəziyyət fonunda təhlükəsizlik məqsədilə qəbul edilib".

Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar bildirib ki, 450 pakistanlı zəvvar İrandan təxliyə edilib.

O əlavə edib ki, İranda təhsil alan 150-dən çox pakistanlı tələbə Taftan sərhəd-keçid məntəqəsi vasitəsilə vətənə qayıdacaq.

Seçilən
3
operativmedia.az

1Mənbələr