AZ

Qurban Qurbanov gördü, bəyəndi, Bakıya çağırdı.. “Qarabağ”ın yeni transferi haqda detallar

ain.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yeni mövsüm üçün heyətini formalaşdırmağa davam edən “Qarabağ” ilk transferini reallaşdırmaq üzrədi. Belə ki, Ağdam təmsilçisi heyətini “Palmeyras”ın (Braziliya) futbolçusu Pedro Biçalo ilə gücləndirir. Həmkarlarımızın iddiasına inansaq, 24 yaşlı yarımmüdafiəçi sabah ölkəmizdə olacaq.Kimdi Biçalo? “Football-plus.az” sizi oyunçu haqda ətraflı bilgiylə tanış edir.O, hələ də yetirməsi olduğu “Palmeyras”a məxsusdu. Futbolçu karyerası ərzində icarə əsasında 2022-ci ildə “Santa Klara”da (Portuqaliya), 2023-cü ildə isə “Vitoriya”da (Braziliya) çıxış edib. Bu klublarda 6 ay top qovan futbolçu 2023/24 və 2024/25 mövsümlərini “Alverka”da (Portuqaliya) keçirib. O, bu komandada sonuncu “futbol ili” ərzində meydana çıxdığı 33 matçda 2 qolla yadda qalıb, 7 dəfə sarı vərəqə görüb. 1,78 metr boya malikdi.Biçalonun həm “Alverka”, həm də “Palmeyras” ilə müqaviləsinin müddəti iyunun 30-da başa çatacaq. “Qarabağ” onu birdəfəlik transfer etmək niyyətindədi.“Transfermarkt”a görə, Pedronun bazar dəyəri 700 min avrodu. Futbolçu karyerasının ən parlaq dönəmini 2022-ci ildə yaşayıb və həmin vaxt qiyməti 1 milyon avroya çatıb.KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
1
icma.az

2Mənbələr