AZ

“Qlobal imperializmin pulla tutulan əsgərləri...” Kem Çen In İsraili hədələdi

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

Yaxın Şərqdə İsrail ilə İran arasında artan hərbi gərginlik beynəlxalq miqyasda da diplomatik reaksiyalara səbəb olub. 

Bu kontekstdə Şimali Koreya lideri Kim Çen In rəsmi bəyanatla çıxış edərək, açıq şəkildə İranı dəstəklədiyini bildirib.

O, İsrailin hücumlarını “imperialist təxribat” adlandıraraq, Pxenyan rəhbərliyinin İranın yanında olduğunu bəyan edib. 

Kim Çen In bildirib:“Müttəfiqimiz İranın qarşılaşdığı hər cür təhdidə qətiyyətlə cavab verəcəyik. Qlobal imperializmin pulla tutulan əsgərlərini xəbərdar edirik".

Ekspertlər bildirirlər ki, Şimali Koreyanın bu çıxışı Pxenyanın təkcə Asiyada deyil, Yaxın Şərqdə də geosiyasi təsir qurmaq niyyətində olduğunu göstərir. Mütəxəssislər bu mövqeyin həm nüvə diplomatiyası, həm də qlobal təhlükəsizlik siyasətləri baxımından diqqətlə izlənməli olduğunu vurğulayırlar.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
azpolitika.info

1Mənbələr