AZ

“O, Azərbaycanda parlaq iş gördü" - Tanınmış məşqçi

Rusiyalı mütəxəssis Yuri Syomin həmyerlisi Vasili Berezutskinin "Sabah”dakı fəaliyyəti ilə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, "Qəbələ"nin sabiq çalışdırıcısı "Metaratings"ə müsahibəsində bir neçə gün əvvəl "Sabah"dan ayrılan Berezutskinin Bakı klubundakı işini yüksək qymətləndirib:

"O, yaxşı iş gördü. Üçüncü yeri tutmaq (əslində "Sabah" 5-ci olub– Red.) və Azərbaycan kubokunu qazanmaq çox yaxşı nəticədir. Çünki orada "Qarabağ" var.

Hansi ki, bütün klublardan üstündür. Berezutski parlaq iş gördü".

Vasili Berezutski 2024-cü ildən “Sabah”da çalışırdı. Onun rəhbərliyi altında komanda Azərbaycan çempionatında 5-ci yeri tutub, ölkə kubokunun isə qalibi olub. Bu, "Sabah"ın tarixində ilk tituldur.

Seçilən
11
sportinfo.az

1Mənbələr