AZ

Prezident Ərdoğanın İran ilə İsrailə təklifi

Hurriyyet saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Hurriyyet.az xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan Ankaranın İsrail ilə İran arasındakı münaqişədə vasitəçilik etməyə hazır olduğunu bildirib. Ərdoğan iranlı həmkarı Məsud Pezeşkian ilə telefon söhbəti zamanı belə bir təklif irəli sürüb.

Türkiyənin Prezident Administrasiyasının açıqlamasına görə, Prezident Ərdoğan Prezident Pezeşkian ilə telefon söhbəti zamanı Türkiyənin İsrail ilə İran arasında münaqişənin nizamlanması və İranın nüvə proqramı ilə bağlı danışıqlara qayıtmaq məsələlərində vasitəçi olmağa hazır olduğunu bəyan edib. Administrasiyanın açıqlamasında deyilir: "Prezident Ərdoğan İsrail ilə İran arasındakı münaqişə ilə bağlı bir sıra xarici liderlərlə əlaqə saxladığını, münaqişənin tez bir zamanda dayandırılması və nüvə proqramı ilə bağlı danışıqlara qayıdılması üçün Türkiyənin vasitəçi kimi çıxış etməyə hazır olduğunu bəyan edib".

Qeyd edək ki, Ərdoğan Oman sultanı, Azərbaycan Prezidenti, Rusiya Prezidenti, İraqın Baş naziri və digər dünya liderləri ilə danışıqlar aparıb.

Hürr Tərcüman

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
1
hurriyyet.az

2Mənbələr