AZ

Dünyanın ilk qan xərçəngi müalicəsi


İNGİLTƏRƏNİN MİLLİ SƏHİYYƏ XİDMƏTİNƏ TƏQDİM EDİLƏCƏK
İngiltərənin Milli Səhiyyə Xidmətinə ilk dəfə olaraq xərçəng hüceyrələrinə zəhərli dərmanlar yeridən “Troya atı” terapiyası təqdim edilib.
O, miyeloma, yəni qan xərçənginin inkişafını mövcud müalicələrdən demək olar ki, üç dəfə daha uzun müddətə dayandıra bilir.
Dərman, yan təsirləri azaltmaqla yanaşı, daha yüksək dozada xərçəng hüceyrələrini hədəf alan müasir növ kimyaterapiyadır.
Miyelomu müalicə etmək mümkün deyil, lakin keçən il aparılan klinik sınaq “Troya atı” adı verilən terapiyanın mövcud müalicələrlə müqayisədə xərçəngin inkişafını üç il dayandırdığını göstərib.
Müalicə zamanı xərçəng hüceyrəsi məhv edildikdən sonra qalan kimyəvi terapiya bədənə sızır. Bu, quru gözlərə və bulanıq görmə kimi yan təsirlərə malikdir, deyə alimlər bildirib.

Seçilən
8
medicalmedia.az

1Mənbələr