İran nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək kimi ayrılmaz hüququnu müdafiə etmək üçün gücdən istifadə edəcək.
NOCOMMENT.az xəbər verir ki, bunu Respublika Prezidenti Məsud Pezeşkian bildirib.
“Bizim nüvə enerjisindən və bununla bağlı ölkəyə və cəmiyyətə fayda verən tədqiqatlardan faydalanmaq hüququmuz var. Bu, İran xalqının ayrılmaz hüququdur. Heç kim onu İslam Respublikasından ala bilməz. Biz bu hüququ zorla müdafiə edəcəyik”, – Pezeşkianın mətbuat xidməti onun sözlərini sitat gətirib.