Azərbaycan cüdoçusu Zelim Tçkayev Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında 1/8 final görüşünə çıxıb.
Teleqraf xəbər verir ki, 81 kq çəki dərəcəsində rəqib braziliyalı Luan Almeyda olub.
Rəqibinə qalib gələn Tçkayev növbəti mərhələyə yüksəlib.
1/4 finalda rəqib cənubi koreyalı Junhvan Li olacaq.
Qeyd edək ki, Zelim Tçkayev 1/16 finalda çinli Jianqnan Vanqa qalib gəlib.