AZ

Müller "Bayern"in tarixinə düşdü: Bunu bacaran üçüncü futbolçudur

Hücumçu Tomas Müller "Bayern"in tarixinə düşüb.

Publika.az xəbər verir ki, o, klublararası dünya çempionatının qrup mərhələsinin "Oklend Siti" ilə oyununda (10:0) dubl etməklə buna nail olub. 35 yaşlı yarımmüdafiəçi bu qollarla Münhen klubunda vurduğu topların sayını 250-yə çatdırıb.

Bu, onu "Bayern"in tarixində 250 qol həddini aşan üçüncü futbolçu edir. Klub tarixində yalnız Robert Levandovski (344 qol) və Herd Müller (570 qol) ondan çox qol vurub.

Seçilən
30
publika.az

1Mənbələr