AZ

İsrail: Tehran üzərində tam hərbi üstünlük əldə olundu

BAKI, 16 iyun. TELEQRAF

İsrail Müdafiə Ordusu İranın 120-dən çox raket buraxılış qurğusunu məhv edərək İran səmasında tam hərbi üstünlük qazandığını açıqlayıb.

Teleqraf xəbər verir ki, Bu barədə İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi Efi Defrin bildirib.

Onun sözlərinə görə, İranın raket buraxılış sistemlərinin ümumi sayının təxminən üçdə biri məhv edilib:
“Əməliyyatın əvvəlindən bu günə qədər 120-dən çox raket buraxılış qurğusu sıradan çıxarılıb. Bu, İranın ümumi raket potensialının üçdə birinə bərabərdir. Keçən gecə Hərbi Hava Qüvvələri 20-dən çox "yer-yer" tipli raket sistemini və mərkəzi İranda, İsfahan şəhərində yerləşən təxminən 100 hərbi hədəfi vurub”.

Seçilən
8
teleqraf.com

1Mənbələr