AZ

Daşnaksütyun: Seçkilərindən əvvəl küçə iğtişaşları istisna edilmir

BAKI, 16 iyun. TELEQRAF

"Ermənistan 2026-cı il parlament seçkilərinə qədər hadisələrin istənilən dönüşünə, o cümlədən küçə döyüşlərinə hazır olmalıdır".

Teleqraf xəbər verir ki, bunu Daşnaksütyun partiyasının nümayəndəsi, Ermənistan blokundan olan deputat İşxan Saqatelyan erməni jurnalistlərlə görüşündə deyib.

"Biz istənilən ssenariyə hazır olmalıyıq. Axı seçkilərə qədər çox şey baş verəcək",- Saqatelyan bildirib.

Deputat bu kontekstdə hakimiyyət dəyişikliyi üçün küçə mübarizəsinin başlanacağını istisna etməyib və əlavə edib ki, ilk növbədə buna hazırlaşmaq lazımdır.

Seçilən
8
teleqraf.com

1Mənbələr