TBİLİSİ, 16 iyun. TELEQRAF
Ötən ay Azərbaycandan Gürcüstana köçülürən pul vəsaitlərinin məbləği 3,42 milyon ABŞ dolları təşkil edib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankından bildirilib.
Aylıq müqayisədə pul köçürmələrinin həcmində 16,4%, illik müqayisədə isə 15,3% azalma qeydə alınıb. May ayında Gürcüstana daxil olmuş ümumi pul köçürmələrində Azərbaycanın payı 1,08%-ə bərabər olub.
Hesabat ayında Gürcüstandan Azərbaycana isə 5,28 milyon ABŞ dolları məbləğində pul köçürülüb ki, bu da aylıq müqayisədə 8,64% çoxdur.
Mayda Gürcüstana xarici ölkələrdən 317,42 milyon ABŞ dolları, xarici ölkələrdən Gürcüstana isə 35,1 milyon ABŞ dolları həcmində pul köçürmələri həyata keçirilib.