AZ

PSJ "Yuventus"un ulduzunu transfer edəcək?

PSJ "Yuventus"un hücumçusu Duşan Vlahoviçi transfer etmək niyyətindədir.

Publika.az xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb.

Mənbənin yazdığına görə, Fransa klubu serbiyalı forvardı 2025-ci ilin əvvəlindən izləməyə başlayıb. O vaxtdan bəri oyunçunun mümkün transfer dəyəri azalıb və yayda keçid daha real görünür.

Vlahoviçə "Arsenal" və "Mançester Yunayted" də maraq göstərir.

2024/25 mövsümündə Vlahoviç "Yuventus"un heyətində 41 oyuna çıxaraq 15 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Transfermarkt portalı futbolçunun transfer dəyərini 45 milyon avro olaraq qiymətləndirir.

Seçilən
4
publika.az

1Mənbələr