AZ

Qurban Qurbanovdan mühüm transfer açıqlaması

Qol.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Qarabağ” bu mövsüm Çempionlar Liqası üçün transfer çalışmalarını davam etdirir.

Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov QOL.az saytına geniş müsahibəsində transfür işləri ilə bağlı son yenilikləri açıqlayıb. Onun sözlərinə görə, komandada müəyyən yenilənmələr olacaq.

“Qarabağ” bu günlərdə 4 futbolçusu - Yassin Benzia, Patrik Andrade, Marko Veşoviç və İsmayıl İbrahimli ilə yolları ayırdığını açıqlayıb.

Q.Qurbanov qeyd edib ki, bu, son olmaya da bilər. Onun sözlərinə görə, gedişatdan asılı olaraq, bugünlərdə daha bir neçə oyunçu ilə əməkdaşlığa son qoyula bilər. Göndəriləcək potensial futbolçular arasında həm yerli, həm də əcnəbilər var.

“Qarabağ”ın baş məşqçisi bildirib ki, hazırda heyətə yeni futbolçuların cəlb olunması istiqamətində fəal işlər gedir. O deyib ki, hələlik tam anlaşma əldə etdikləri oyunçular olmasa da, buna yaxın olduqları 2 əcnəbi futbolçu var. Onlardan biri yarımmüdafiəçi (orta xətt), digəri isə müdafiəçidir. O, hazırda bir hücumçu ilə də danışıqlar apardıqlarını söyləyib.

Q.Qurbanov “Palmeyras”a məxsus yarımmüdafiəçi - icarə əsasında “Santa Klara”da (Portuqaliya) oynayan Pedro Biçalo və Kosta-Rika milli komandasının vingreri Dieqo Kamposla maraqlandıqları haqda xəbərləri təkzib edib. 

“Qarabağ”ın baş məşqçisi onu da deyib ki, yay transfer pəncərəsi zamanı heyətlərinə 5-6 yeni futbolçu cəlb etmək isrəyirlər.

Qeyd edək ki, Q.Qurbanovun QOL.az- geniş müsahibəsini yaxın günlərdə saytımızda oxuya bilərsiniz.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
3
qol.az

4Mənbələr