“Böyük yeddilik” (G7) ölkələri arasında Ukraynanı dəstəkləyənlər Kanadada keçiriləcək sammitdə Ukraynaya əlavə dəstək və Rusiyaya qarşı təzyiqlərin artırılması ilə bağlı ciddi addımların atılacağını gözləmirlər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Politico nəşri Avropa diplomatlarına istinadla məlumat yayıb.
Məqalədə qeyd olunur ki, Ukraynanın tərəfdarları arasında sammit çərçivəsində Rusiyaya qarşı koordinasiyalı tədbirlərin görüləcəyinə ümid edənlər demək olar ki, yoxdur.
Bəzi Avropa liderləri və ABŞ Konqresinin nümayəndələri, o cümlədən senator-republikaçı Lindsi Qrem (Rusiyada terrorçular və ekstremistlər siyahısına salınıb) və demokrat Riçard Blumental Rusiya neftinə tətbiq edilən qiymət tavanının 45 dollaradək endirilməsini təklif edirlər.
Lakin nəşrin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bu təşəbbüsü dəstəkləmir. Eyni zamanda, Avropada hesab edirlər ki, Tramp senatorların Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilməsinə dair qanun layihəsini də dəstəkləməyəcək.
Sözügedən qanun layihəsi Rusiyadan neft, qaz, uran və digər məhsulları alan ölkələrə qarşı 500 faizədək idxal rüsumlarının tətbiqini nəzərdə tutur.