İsrail Tehranın hava məkanına nəzarəti tam ələ keçirib. Bu barədə İsrail hərbi qüvvələrinin mətbuat xidməti məluma yayıb. Hərbi komandanlıq İranın yer-yer tipli raket atıcılarının 1/3-i məhv etdiklərini bildirib.
İran prezidenti Məsud Pezeşkian xalqa müraciət edərək hər kəsi özünün tədbiri ilə cinayətkar rejimə qarşı birləşməyə çağırıb.
“Bayrağı daşıyacaq digər yüzlərlə qəhrəmanımız var” – deyə Pezeşkian vurğulayıb.
O İranın nüvə silahı əldə etmək niyyətində olmadığını bir daha qeyd edib.
İsraili ilə İran arasında 4 gündür ki, qarşılıq raket atışması müşahidə olunur.
İsrail hərbi qüvvələri Tehranın bir sıra rayonlarına zərbələr endirəcəyinə dair xəbərdarlıq edib, vurulacaq yerlərdən əvvəlcə dinc əhalinin təxliyəsi əmr olunacaq.
Qeyd edək ki, İranın İsrailin mərkəzi regionuna sonuncu zərbələri 5 nəfərin ölümünə səbəb olub. Ümumilikdə, ölənlərin sayı 24 nəfərə çatıb.
İsrail daha əvvəl İran silahlı qüvvələrinin kəşfiyyat rəisi Məhəmməd Kazimini öldürüb.
“Təsnim” xəbər agentliyinin verdiyi məlumata görə, onunla yanaşı müavini Həsən Muhəqiq və komandir Möhsin Baqiri də şəhid olub.
İranda həlak olanların sayı 224 nəfərə çatıb.
Tərəflər arasında raket atışması İsrailin İranda yüksək rütbəli şəxsləri öldürməsi və nüvə təsisatlarını vurmasından sonra başlayıb.
İran hücumlara dronlar və ballistik raketlərlə qarşılıq verir.
İsrail hərbi komandnalığı İrandakı raket-buraxılış məntəqələrindən bir neçəsini zərərsizləşdirdiyini bildirib.
Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp tərəflərin razılığa gəlməli olduğunu desə də, İran İsrail ilə atəşkəsə getməkdən imtina edib.
“Reuters”in verdiyi məlumata görə, İran rəsmisi qətərli və omanlı vasitəçilərə bildirib ki, danışıqlara getmək üçün əvvəlcə İsrail hücumları dayandırmalıdır.
İran Silah Qüvvələrinin elit bölməsi İnqilab Keşikçiləri Korpusu isə İsraili tamamilə məhv edənədək hücumları davam etdirəcəklərini ifadə edib.
“Cinayətkar rejimin tərəfdarları bilməlidir ki, İranın bu rejimin vacib və həssas hədəflərinə ölümcül, effektiv və məqsədyönlü zərbələri onun tam məhvinə qədər davam etdiriləcək” – deyə bu barədə xəbərdarlıqda qeyd olunur.
Eyni zamanda, İsrail rəhbərliyi indiki vəziyyətdə de-eskalasiyanın müzakirə mövzusu olmadığını bəyan edib.
Baş nazir Benyamin Netanyahu bildirib ki, hücumların məqsədi İranın nüvə silahlı əldə etməsinə mane olmaqdır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta