Azərbaycanlı FİFA referisi Elçin Məsiyev 21 yaşlılar arasında Avropa çempionatında daha bir oyun idarə edəcək. Msport.az xəbər verir ki, həmyerlimiz Trençin şəhərində keçiriləcək Gürcüstan – Portuqaliya matçının baş hakimi olacaq.
Ona yax xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər.
Dördüncü hakim Venesueladan Aleksis Herrera olacaq.
VAR-da Şören Stroks (Almaniya), AVAR-da isə Droqomir Draqanov (Bolqarıstan) fəaliyyət göstərəcək.
Oyun iyunun 17-də Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Gürcüstan 2 oyundan sonra 3 xalla qrupda 3-cü yeri tutur. Portuqaliya isə 2 oyundan 4 xalla Fransa ilə birgə 1-2-ci yerləri bölüşür.