İran BRİKS ölkələrinin İsrailin İslam Respublikasına qarşı hücumlarını aydın şəkildə qınamasını və mövqe ortaya qoymasını gözləyir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai bildirib.
BRİKS ölkələrinin nümayəndələri 16–17 iyun tarixlərində Yaxın Şərqdəki eskalasiyanı müzakirə etmək üçün bir sıra görüşlər keçirəcəklər.
Baqai xatırladıb ki, son illərdə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və BRİKS çərçivəsində üzv ölkələr arasında əməkdaşlıq üçün müvafiq mexanizmlər yaradılıb.
Diplomat vurğulayıb ki, ŞƏT İsrailin İrana hücumunu pisləyən müsbət bəyanatla çıxış edib. Onun sözlərinə görə, BRİKS çərçivəsində də göstərilən tarixlərdə görüşlər keçiriləcək və Tehran bu görüşlər ərəfəsində təşkilata üzv ölkələrlə fikir mübadiləsi və təmaslarını davam etdirir.
İran XİN nümayəndəsi əlavə edib ki, BRİKS də, ŞƏT kimi, Yaxın Şərqdə formalaşan reallığı – bir ölkəyə qarşı “silahlı və qeyri-qanuni hücum” faktını tanımalı və münasibət bildirməlidir.