AZ

Ağdamda mürəbbəyə görə dördotaqlı ev yandı

Ağdamda 4 otaqlı ev yanıb.

News24.az xəbər verir ki, yanğın hadisəsi rayonun Mirəşelli kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakini Səmədov Aydın Muxtar oğluna məxsus 4 otaqlı evdə çıxan yanğına səbəb mürəbbədir.

Belə ki, evdə bişməsi üçün qaz peçinin üstünə qoyulan mürəbbə daşıb. Yanğın da bundan sonra çıxıb.

Hadisə yerinə FHN-in yanğınsöndürən əməkdaşları cəlb olunub.

Verilən məlumata görə, yanğın söndürülüb. Yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alınıb. (Qafqazinfo.az)

Seçilən
10
7
news24.az

10Mənbələr