AZ

"Qarabağ" beynəlxalq turnirin qalibi oldu

"Qarabağ"ın 13 yaşadək futbolçulardan ibarət komandası Bolqarıstanda keçirilən “Sozopol Cup 2025” turnirinin qalibi olub.

Operativ Media xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Komanda bu gün keçirilən həlledici matçda “Burqas”la qarşılaşıb.

Rəqib qapısından 2 cavabsız top keçirən "Qarabağ"ın heyətində Kamil Bədirxanlı və Zəfər İbrahim fərqləniblər. Beləliklə, komanda turnirin kubokuna sahib çıxıb.

Qeyd edək ki, qrup mərhələsinin 5 oyununda 10 xal toplayan Ağdam klubu yarımfinalda “Levski”ni penaltilər seriyasında məğlub edib – 0:0 (4:3-p.).

Seçilən
23
8
operativmedia.az

10Mənbələr