AZ

Bir nəfər tarladan almaz tapdı, minlərlə ailə sahələrə axın etdi

Hindistanın Andxra Pradeş ştatında bir fermer şiddətli yağışlardan sonra özünə məxsus sahədən almaz tapıb.

Publika.az xəbər verir ki, bu barədə "The Times of India" məlumat yayıb.

Adı açıqlanmayan şəxs Karnul rayonunda tarlada işləyərkən yerdə almaz görüb. Son zamanlar yağan leysan yağışlar torpağı o qədər yuyub aparıb ki, əvvəllər torpağın altında qalmış ləl-cəvahiratlar üzə çıxıb. O, almazı yerli tacirə dəyər-dəyməzinə satıb. Fermer bundan 150 min rupi (təxminən 3 min 824 AZN) qazanıb.

Şanslı fermerin hekayəsi qiymətli daşlar üçün "kütləvi ova" səbəb olub. Yaxınlıqdakı kəndlərin sakinləri varlanmaq ümidi ilə Karnula gəlməyə başlayıblar. Onların bir çoxu bütün ailələri ilə birlikdə almaz axtarmaq üçün yola çıxıb, özləri ilə yemək götürüblər və tarlalarda uzun saatlar keçiriblər. "Axtarışa hətta uşaqlar da qoşulur", - mənzərənin şahidlərindən biri deyib.

Seçilən
7
1
publika.az

2Mənbələr