“Rusiya beynəlxalq diqqətin Yaxın Şərqə yönəlməsindən yararlanaraq, Ukraynanın enerji sisteminə məqsədyönlü şəkildə hücum edir. Kremençuqa zərbələr həyasızlıqdır və bu, Qərblə danışıqlara hazırlığı imitasiya etməklə yanaşı, Kiyevə əlavə təzyiq göstərmək cəhdidir”, - Ukrayna diplomatiyasının rəhbəri vurğulayıb.
Andrey Sibiqa Nazir Ukraynanın beynəlxalq tərəfdaşlarını daha qətiyyətli addımlar atmağa çağırıb, o cümlədən:
- Rusiya neftinin qiymət tavanının 30 dollara endirilməsi;
- “kölgə donanması” adlandırılan donanmaya və onun kapitanlarına qarşı sanksiyaların tətbiqi;
- bütövlükdə Rusiyanın enerji sektoruna qarşı məhdudiyyətlərin sərtləşdirilməsi.
“Putini ağrılı yerindən vurun - bu, sülh prosesinə mane olmayacaq, əksinə kömək edəcək”,- Sibiqa deyib.
İyunun 15-nə keçən gecə Rusiya pilotsuz təyyarələr və müxtəlif növ raketlərdən istifadə etməklə Kremençuqa kütləvi zərbələr endirib. Ukrayna və Rusiya mediasının yaydığı məlumatlara əsasən, şəhərdə ən azı 30 partlayış baş verib.
Qeyd edək ki, bundan əvvəl Ağ Evin nümayəndəsi ABŞ prezidenti Donald Trampın Kanadada keçirilən G7 sammiti çərçivəsində ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlar aparmağı planlaşdırdığını bildirib.
— Newsfeed (@Newsfeed883920) June 15, 2025
Sahil İsgəndərov
AzVision.az