AZ

İsrail Kirmanşahda xəstəxananı vurdu

BAKI, TurkicWorld

İsrailin İranın qərbindəki Kirmanşah şəhərində xəstəxananı vurduğu açıqlanıb.

TurkicWorld xəbər verir ki,İran dövlət televiziyası Kirmanşahdakı Farabi xəstəxanasına hücumun nəticələrini əks etdirən görüntüləri yayımlayıb.

Görüntülərdə xəstəxananın dağıdıldığı, xərəyələrdə qan izlərinin olduğu görünürdü.

Hücum nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Qeyd edək ki, İyunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərinə, eləcə də ordunun yüksək komandanlığına qarşı irimiqyaslı hücumlara başlayıb.

Hücumlarda İranın Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bəzi yüksək səviyyəli komandirlər və 9 nüvə alimi həlak olduğu halda, mülki itkilərin ümumi sayının 224 olduğu açıqlanıb.

İran ordusunun İsrailə ballistik raketlərlə cavab verməsi nəticəsində 24 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı bildirilib.

Başda Türkiyə olmaqla bir çox ölkə İsraili qınayıb.

Seçilən
5
turkic.world

1Mənbələr