AZ

Arif Babayevin həyat yoldaşı: "Səhhəti yaxşı deyil"

Xalq artisti Arif Babayev ev şəraitində müalicə olunur.
 
Moderator.az bildirir ki, bu haqda Teleqraf-a Xalq artisti Arif Babayevin həyat yoldaşı Gültəkin Babayeva məlumat verib.
 
Onun sözlərinə görə, Arif Babayevin səhhəti yaxşı deyil: "Təxminən bir ay müddətində "Bilgəh" Kardioloji Sanatoriyasında müalicə alıb. Hazırda evdə həkim nəzarəti altında müalicəsi davam etdirilir",-deyə Xalq artistinin həyat yoldaşı deyib.
 
Qeyd edək ki, Arif Babayev bir müddət əvvəl Mərkəzi Klinika Xəstəxanasına yerləşdirilmişdi.
 
Seçilən
25
17
moderator.az

10Mənbələr