AZ

Əfqanıstan və Pakistan sərhədində atışma: Ölənlər var

Əfqanıstan və Pakistan sərhədində baş verən silahlı toqquşma nəticəsində iki nəfər həlak olub.
 
Bu barədə "Khaama Press" mənbələrə istinadla məlumat yayıb.
 
Bildirilir ki, "Taliban" hərəkatının döyüşçüləri Pakistan hərbçilərinin atəşi nəticəsində öldürülüblər.
 
Hadisə Pakistan ilə Əfqanıstanın Kunar vilayəti sərhədində baş verib.
 
Toqquşma Pakistan hərbçilərinin həmin bölgədə yeni nəzarət-buraxılış məntəqəsi qurmaq cəhdindən sonra başlayıb. /oxu.az/
 
Seçilən
4
moderator.az

1Mənbələr