AZ

Beynəlxalq Atom Enerjisi Agentliyi İsfahandakı nüvə obyektinə dəymiş ziyanı açıqlayıb

Bakı. Trend:

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranda nüvəobyektlərinə qarşı son hücumlar nəticəsində bu obyektlərinhüdudlarından kənara radiasiya sızmasının baş vermədiyinitəsdiqləyib.

Trend xəbər verirki, bu barədə BAEA-nin baş direktoru Rafael Qrossi agentliyinİdarəçilər Şurasının iclasında çıxışı zamanı danışıb.

“Fordodakı yanacaq zənginləşdirmə zavodunda və Arakda inşaolunan ağır su reaktorunun sahəsində heç bir zədə aşkarlanmayıb”, -deyə Qrossi qeyd edib. O əlavə edib ki, Buşehrdəki atom elektrikstansiyası və Tehrandakı tədqiqat reaktoru da son hücumlardan zərərgörməyib.

Lakin İsfahandakı nüvə obyektində ziyan qeydə alınıb:

“Cümə günü baş vermiş hücum nəticəsində dörd bina – MərkəziKimya Laboratoriyası, uranın emalı zavodu, Tehrandakı reaktor üçünyanacaq istehsalı zavodu və tikinti mərhələsində olan UF4 metalemalı zavodu – zədələnib”, – deyə o bildirib.

Məqalədə:
Seçilən
17
az.trend.az

1Mənbələr