AZ

Dördü tutulub, biri azadlqdadır

İngiltərənin Linkolnşir əyalətində dörd nəhəng piton tapıldıqdan sonra polis araşdırmalara başlayıb. Səlahiyyətlilər ilanlardan birinin hələ də azadlıqda biləcəyindən şübhələnirlər.

Humbersayd polisi bildirib ki, Cənubi və Cənub-Şərqi Asiyadan olan zəhərsiz ağ naxışlı pitonlar iyunun 10-da Tviqmur və Klitam yaxınlığında aşkarlanıb.

İlanların ekzotik heyvanlar üzrə mütəxəssislərin dəstəyi ilə tutulub. Kənd Təsərrüfat Qrupunun üzvləri hadisəni araşdırır.

Tutulan ilanlar arasında iki albinos piton və “Pied Golden Child Morph” kimi tanınan nadir növ var. Manton yaxınlığında tapılan başqa bir ilanın isə təxminən 5,5 metr uzunluğunda vəhşi tip olduğu bildirilir.

Səlahiyyətlilər ictimaiyyəti diqqətli olmaları üçün xəbərdar edib və azadlıqda olduğu düşünülən ilanı tapmaq üçün işlərin davam etdiyini bildirib.

Seçilən
34
vaxt.az

1Mənbələr