AZ

Kreml: Rusiya İsrail və İran arasındakı münaqişənin həlli üçün vasitəçilik etməyə hazırdır

Rusiya Federasiyası lazım olduğu təqdirdə İsrail və İran arasındakı münaqişənin həlli üçün vasitəçilik etməyə hazırdır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyası Yaxın Şərqdəki böhranın köklü səbəblərini aradan qaldırmaq üçün lazım olan hər şeyi etməyə hazırdır:"Rusiya İran və İsrail ilə təmasdadır, Rusiya Federasiyası vətəndaşlarının həyatını təhdid edən hərəkətlərin qarşısını almağın lazım olduğuna diqqət çəkir".

Peskov vurğulayıb ki, Rusiya Federasiyası Yaxın Şərqdə təhlükəli eskalaya səbəb olan hərəkətləri qınayıb. Qeyd edib ki, Qərb isə İsrailin İrana zərbələrini pisləməyib.

Seçilən
11
3
apa.az

4Mənbələr