Bakı. Trend:
Natanzdakı nüvə obyektinin hüdudlarından kənarda radiasiyasəviyyəsi dəyişməz olaraq qalır və normalara uyğundur.
Trend xəbər verirki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoruRafael Qrossi agentliyin İdarəçilər Şurasının iclasında çıxışızamanı bildirib.
Onun sözlərinə görə, Beynəlxalq Atom Enerjisi AgentliyininHadisələr və Fövqəladə Hallar Mərkəzi böhran vəziyyəti başladığıandan etibarən fasiləsiz rejimdə fəaliyyət göstərir.
“Biz İranın nüvə obyektlərinin vəziyyətini və müvafiq sahələrdəradiasiya səviyyəsini izləyirik, İran hakimiyyəti ilə daimi əlaqəsaxlayırıq”, – deyə Qrossi vurğulayıb. – “BAEA hər hansı nüvə və yaradioloji fövqəladə hadisəyə bir saat ərzində reaksiya verməyəhazırdır”.
O bildirib ki, hücum nəticəsində Natanzda yerləşən 60%-ə qədərU-235 izotopu ilə zənginləşdirilmiş uran istehsal ediləneksperimental yanacaq zənginləşdirmə zavodunun yerüstü hissəsidağıdılıb.
Bundan əlavə, müəssisənin enerji infrastrukturunun əsaselementləri – elektrik yarımstansiyası, əsas enerji təminatıbinası, ehtiyat enerji mənbələri və generatorlar sıradançıxarılıb.