AZ

Tanınmış siyasətçilər partiya sədrliyindən gedəcək? Yeni İDDİA +ADLAR

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İlin sonuna qədər bir neçə müxalif partiyanın sədrliyində dəyişiklik gözlənilir. Vəhdət Partiyası ilk addımı ataraq növbədənkənar qurultay keçirdi, 30 illik sədr Tahir Kərimlini Adəm Bakuvi ilə əvəzlənib. O, iki il əvvəl Vəhdətə üzv olub və adıçəkilən partiyada sədr müavini postunu tuturdu.

Bu gün isə Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn sərəncam imzalayaraq öz səlahiyyətlərini müavini Qiyas Sadıqova ötürüb.

O, "AzPolitika”-ya açıqlamasında bildirib ki, növbəti sərəncama qədər Q.Sadıqov partiyanı idarə edəcək. P.Hüseyn ilin sonuna qədər növbədənkənar qurultay keçiriləcəyini və özünün postundan gedəcəyini istisna etməyib.

Pənah Hüseyn bu addımının səbəbini yeni ictimai-siyasi fəaliyyət istiqamətində partiya sədri kimi iştirak etmək niyyətində olmaması ilə izah edib. Vurğulayıb ki, AXP sədrliyi onun yeni fəaliyyətinə mane olacaq.

“AzPolitika”-ya daxil olan məlumata görə, yaxın zamanlarda Azərbaycan Demokrat Partiyası, Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyli Partiyası, Demokratik İslahatlar Partiyası və uzun müddət sədri dəyişməyən digər təşkilatlarda da qurultaylar keçirilə bilər. Mənbə bildirib ki, Sərdar Cəlaloğlu, Mirmahmud Mirəlioğlu, Sabir Rüstəmxanlı, Asim Mollazadə kimi siyasətçilər siyasi fəaliyyətlərinə son qoymasalar da partiya sədrləri də olmayacaqlar.

Qeyd olunur ki, siyasi palitrada bu dəyişikliklər yenilik və islahat zərurəti ilə izah olunur.

Xatırladaq ki, Azərbaycanda 26 siyasi partiya dövlət qeydiyyatına alınıb. Onlardan Vətəndaş Həmrəyli Partiyası (Fəzail İbrahimli, Rafael Hüseynov və Tənzilə Rüstəmxanlı), Ədalət, Hüquq və Demokratiya Partiyası (Qüdrət Həsənquliyev, Elçin Mirəzbəyli), Ana Vətən Partiyası (Günay Ağamalı), Demokratik İslahatlar Partiyası (Asim Mollazadə), Böyük Quruluş Partiyası (Fazil Mustafa), Milli Cəbhə Partiyası (Razi Nurullayev), REAL Partiyası (Erkin Qədirli), Azərbaycan Milli İstiqlal Partiyası (Arzuxan Əlizadə), Böyük Azərbaycan Partiyası (Elşad Musayev) və Demokratik Maarifçilik Partiyası (Elşən Musayev) parlamentdə təmsil olunur. Ümumilikdə hakim Yeni Azərbaycan Partiyasından başqa 11 siyasi təşkilatın Milli Məclisdə deputatları var.

Rasim Əliyev

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
azpolitika.info

1Mənbələr