Bu sözləri Demokrat.az-a açıqlamasında təhlükəsizıik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib.
O bildirib ki, fəaliyyətinə icazə verilən çimərliklərdə xilasetmə xidməti olur və bu, həmin əraziləri daha təhlükəsiz edir:

"FHN-in xilasetmə xidmətlərinin nəzarət etdiyi ərazilərdə boğulma halları qeydə alınmır. Bu da göstərir ki, rəsmi çimərliklər daha təhlükəsizdir.
Əlverişsiz hava şəraitində, məsələn, küləyin sürəti saniyədə 10-12 metri keçdikdə – suya girmək olmaz. Dünyada boğulmaların 70%-i belə şəraitdə baş verir. Hər il dünyada 370 mindən çox insan suda boğularaq ölür və 98%-i qeyri-çimərlik ərazilərində baş verir".
Ekspert bildirib ki, çimərlikdə təhlükəsizlik qaydalarına riayət edilməlidir:
"Sərxoş halda suya girməmək, dərinliyə üzməmək, təhlükəli davranışlar göstərməmək, qaranlıq vaxtı suya girməmək, uşaqları nəzarətsiz buraxmamaq lazımdır. Xilasetmə xidməti olmayan yerdə çimərlik fəaliyyətinə icazə verilə bilməz. Hər 100 metrə bir xilasedici olmalıdır. Onlar sertifikatlı və təlim keçmiş olmalıdır.
İnsanlar bu qaydalara əməl etsələr, çimərlikdə istirahət həm rahat, həm də təhlükəsiz olar."
Əfsanə Kamal
Demokrat.az